Blog yazarlığı uzun zamandır planladığım lakin həyata keçirə bilmədiyim bir iş idi."Cooking is Fun" həyat devizimdir, bundan yola çıxaraq düşündüm ki, öz əyləncəli mətbəximi niyə də sizinlə paylaşmayım?! Bişirmək bir sənətdir və əsl sənətkar daima yenilik axtarışında olandır. Mətbəxdə hər bir yeni toxunuşun fərqli dad yaratdığını nəzərə alaraq daima sizin təklif və iradlarınızı gözləyirik.
17 Ekim 2016 Pazartesi
13 Ekim 2016 Perşembe
Kartof keksi
Kartof keksi
🎀Kartof Keksi🎀
Tərkibi:
📍3 ədəd kartof
📍250 qr göbələk
📍2 xq mayonez
📍1 ədəd yumurta
📍duru yağ
📍duz, istiot
Hazırlanması:
Göbələk xırda xırda doğranıb duru yağda qızardılır, üzərinə duz, istiot, mayonez əlavə edilib qarışdırılır.Soyulmuş kartoflar çiy çiy sürtkəcdən keçirilir, üzərinə duz, istiot, yumurta əlavə edilib qarışdırılır. Yağlanmış silikon keks qabına növbəli şəkildə 1 xq kartof qarışığı, 1 xq göbələk qarışığı və yenidən 1 xq kartof qarışığı qoyulur. Əvvəlcədən 250 dərəcə isidilmiş sobada üzəri qızaranadək bişirilir. Mən yanında bütöv halda qızardılmış göbələklə servis etdim.
5 Ekim 2016 Çarşamba
Almalı peçenye
Almalı peçenye
Tərkibi:
📍3 st un
📍1,5 st şəkər tozu
📍1 ədəd yumurta
📍250 qr kərə yağı
📍200 qr xama
📍1 pç kabartma tozu
📍1 pç vanil
📍2 ədəd alma
Kaydol:
Kayıtlar (Atom)