13 Ekim 2016 Perşembe

Kartof keksi

Kartof keksi



🎀Kartof Keksi🎀


Tərkibi:


📍3 ədəd kartof
📍250 qr göbələk
📍2 xq mayonez
📍1 ədəd yumurta
📍duru yağ
📍duz, istiot


Hazırlanması:


Göbələk xırda xırda doğranıb duru yağda qızardılır, üzərinə duz, istiot, mayonez əlavə edilib qarışdırılır.Soyulmuş kartoflar çiy çiy sürtkəcdən keçirilir, üzərinə duz, istiot, yumurta əlavə edilib qarışdırılır. Yağlanmış silikon keks qabına növbəli şəkildə 1 xq kartof qarışığı, 1 xq göbələk qarışığı və yenidən 1 xq kartof qarışığı qoyulur. Əvvəlcədən 250 dərəcə isidilmiş sobada üzəri qızaranadək bişirilir. Mən yanında bütöv halda qızardılmış göbələklə servis etdim.


Hiç yorum yok:

Yorum Gönder