28 Eylül 2016 Çarşamba

Acılı çöp kababı

                                           Çöp kabab



Tərkibi:
📍500 qr yağlı quzu əti
📍1 ədəd soğan
📍3 ədəd acı bibər
📍10 ədəd xırda pomidor
📍10 ədəd xırda təzə kartof
📍3 xq sirkə
📍duz, istiot
📍taxta çöp şiş


Hazırlanması:
Əti kubik formasında doğrayıb dərin qaba yığırıq, üzərinə halqa formasında doğranmış soğan, sirkə, duz, istiot əlavə edərək basdırma hazırlayıb bir gün soyuducunun aşağı hissəsində saxlayırıq. Səhəri gün ətləri soğandan təmizləyərək növbəli şəkildə şişə bir tikə ət, bir tikə iri doğranmış bibər taxırıq və şişin ucunu pomidorla bağlayırıq. Bütün şişlər hazır olduqdan sonra onları sobanın listinə düzüb aralarına qabıqlı təzə kartofları yığırıq. Üstünə duz, istiot səpib sobada qızardırıq.


Hiç yorum yok:

Yorum Gönder