5 Eylül 2016 Pazartesi

🎀Çudu🎀

🎀Çudu🎀




#cudu #чуду #çudu#выпечки #мяснои #meatbake #bakery#azfood #azerfood #azerbaijan#guls__kitchen 

🎀Çudu🎀
Xəmiri:
📍1 st süd
📍1 st ilıq su
📍1 ədəd yumurta
📍500 qr kərə yağı
📍1 kq un (xəmirin yumşaqlığından asılı olaraq)
📍1 çq maya
📍duz
İçlik:
📍500qr mal əti
📍1 ədəd soğan
📍duru yağ
📍duz, istiot, sumaq
Hazırlanması:
250 qr əridilmiş kərə yağı, süd, su, yumurta, maya, duz, undan ibarət xəmir yoğrulur. Unun miqdarını xəmirin bərkliyindən asılı olaraq artıtıb azaltmaq olar. Xəmir tam acımağa qoyulur. İçlik üçün ət qaynadılır. Tam bişmiş ət maşından keçirilərək qiymə halına gətirilir, üzərinə duru yağda qızardılmış soğan, duz, istiot, sumaq əlavə edilərək qarışdırılır. Acımış xəmir 12 kündəyə ayrılaraq tək tək yayılır və hər qatın arasına əridilmiş 250qr kərə yağından çəkilir. Bütün qatlar üst üstə yağlanıb yığıldıqdan sonra qoğal üçün kəsdiyimiz formada kəsilir burulur və içinə ət qoyularaq bükülür. Əvvəlcədən 250 dərəcəyədək isidilmiş sobada üstü qızaranadək bişirilir.


Hiç yorum yok:

Yorum Gönder