15 Eylül 2016 Perşembe

Lahmacun


LAHMACUN



             Xəmirin hazırlanması üçün ləvazimatlar:
             

  •   3 stəkan un
  • Yarım paket quru maya (5 gr)
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkərm tozu
           İçlik üçün ləvazimatlar:

  • 350 qram çəkilmiş ət
  • 1 ədəd soğan
  • 2 ədəd pomidor
  • Yarım dəstə vəya bir neçə ədəd cəfəri 
  • 2 ədəd uzun bibər
  • 1 çay qaşığı bibər tamatı
  • 1 çay qaşığı pul bibər
  • Yarım çay qaşığı istiot
  • 1 çay qaşığı duz
 İstifadə olunan ləvazimatlar zövqə uyğunlaşdırıla bilər.
     
         Hazırlanması:

   Xəmir 1 saata qədər acıdılır. Bu arada içliyi hazırlaya bilərsiniz. Bunun üçün əvvəlcə çəkilmiş ətin üzərinə rəndələnmiş soğan, pomidor əlavə edirik. Daha sonra sırasıyla cəfəri, uzun bibər doğranılaraq içliyə əlavə edilir. Üzərinə bibər tamatı (olsa pomior tamatı da vurulsa daha yaxşı olar), pul bibər , duz, istiot tökülür və qarışdırılır. O sırada acıyan xəmir kiçik kündələrə ayrılır. Hər kündə yayıldıqdan sonra hazırlanan içlik üzərinə yayılır. Sobada 5-10 dəqiqə bişirilir. İstərsəniz bir tavada qoyub qazın üzərində də təxminən 10 dəqiqəyə yaxın bişirə bilərsiniz.

     Budur lahmacun hazırdır. Biraz cəfəri və üzərinə limon sıxmaqla nuş canlıqla yeyə bilərsiniz.

     Bununla bağlı təklif və iradlarınız və ya hanısısa suallarınız olarsa, çox xahiş edirik bildirəsiniz.

Hiç yorum yok:

Yorum Gönder