28 Eylül 2016 Çarşamba

Limon haqqında bilmədiklərimiz

                                              Limon

Bugün haqqında yazacağım bitki limondur. Limonun faydaları və zərərləri, eyni zamanda ənənəmizə sadiq qalaraq arıqladıcı xüsusiyyətləri haqqında danışacam. Limon bir çox daxili və xarici orqanların müalicəsində böyük əhimiyyətə malikdir. Bu bitkidən istər məiçətdə, istərsə də təbabətdə geniş istifadə edilir. 

Limondan qara və ağciyər, ürək, sidikdaşı xəstəliklərinin, şəkər və maddələr mübadiləsiylə müşahidə olunan digər xəstəliklərin müalicəsində istifadə edilir. Eyni zamanda hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuş insanlara məsləhət görülür. Zəhərlənmənin qarşısını alan güclü vasitələrdən biridir.
Limonun nəinki dadı, tərkibi, hətta onun qoxusu da müalicəvidir. Belə ki, limonun ətri görmə qabiliyyətinin yaxşılaşmasına kömək edir. Bu möcüzəvi bitkinin müalicəvi faydaları olduöu kimi profilaktik faydaları da çoxdur. Eşitməni yaxşılaşdırmaq üçün gündə 1/4 limonu qabıqlı yemək lazımdır. Lakin limondan bilincsiz şəkildə istifadə edilərsə, miqdarından çox olduqda, qanı duruldur. Buna görə də həddən artıq istifadəsi məsləhət deyil.
Və nəhayət, hal-hazırda bir çox insanların, xüsusilə də xanımların problemi olan köklüklə mübarizədir. Təbii ki, limonun burada köməyini göz ardına vura bilmərik. Limon çox güclü əridici təsirə malikdir. Arıqlamaq istəyənlər limon suyundan istifadə edə bilərlər. Bunun üçün

  • Bir fincan qaynar su
  • Bir xörək qaşığı limon suyu
  • İstəyə görə nanə də əlavə etmək olar
Alınan qarışımı səhər və gecə yatmazdan əvvəl qəbul etmək daha məsləhətlidir. Burda əsas məslələrdən biri də odur ki, bu qarışımı 1 gündən artıq saxlamaq olmaz.


Azərbaycanda çayı daha ətirli etmək üçün limondan istifadə edirlər. Bu həmçinin çayın tərkibində olan zərərli maddələri özünə çəkir. Ona görə də çayın içindən limonu çıxarıb yemək o qədər də yaxşı fikir deyil. Təəssüf ki, çoxları buna biganə yanaşır)) Hətta bununla bağlı çinlilər belə bir söz də işlədir lər ki:"Azərbaycanlılar çayı limonla içəcək qədər ağıllı, lakin daha sonra çayın içindən limonu çıxarıb yeyəcək qədər də ağılsızdırlar))"

Ona görə də hər zaman dediyim ki, təbii vasitələrdən belə istifadə edərək arıqlamaq istəsəniz də çalışın onun haqqında məlumatlı olun. Əks təqdirdə faydasından çox zərərini görə bilərsiniz.     



Hiç yorum yok:

Yorum Gönder