Blog yazarlığı uzun zamandır planladığım lakin həyata keçirə bilmədiyim bir iş idi."Cooking is Fun" həyat devizimdir, bundan yola çıxaraq düşündüm ki, öz əyləncəli mətbəximi niyə də sizinlə paylaşmayım?! Bişirmək bir sənətdir və əsl sənətkar daima yenilik axtarışında olandır. Mətbəxdə hər bir yeni toxunuşun fərqli dad yaratdığını nəzərə alaraq daima sizin təklif və iradlarınızı gözləyirik.
17 Ekim 2016 Pazartesi
13 Ekim 2016 Perşembe
Kartof keksi
Kartof keksi
🎀Kartof Keksi🎀
Tərkibi:
📍3 ədəd kartof
📍250 qr göbələk
📍2 xq mayonez
📍1 ədəd yumurta
📍duru yağ
📍duz, istiot
Hazırlanması:
Göbələk xırda xırda doğranıb duru yağda qızardılır, üzərinə duz, istiot, mayonez əlavə edilib qarışdırılır.Soyulmuş kartoflar çiy çiy sürtkəcdən keçirilir, üzərinə duz, istiot, yumurta əlavə edilib qarışdırılır. Yağlanmış silikon keks qabına növbəli şəkildə 1 xq kartof qarışığı, 1 xq göbələk qarışığı və yenidən 1 xq kartof qarışığı qoyulur. Əvvəlcədən 250 dərəcə isidilmiş sobada üzəri qızaranadək bişirilir. Mən yanında bütöv halda qızardılmış göbələklə servis etdim.
5 Ekim 2016 Çarşamba
Almalı peçenye
Almalı peçenye
Tərkibi:
📍3 st un
📍1,5 st şəkər tozu
📍1 ədəd yumurta
📍250 qr kərə yağı
📍200 qr xama
📍1 pç kabartma tozu
📍1 pç vanil
📍2 ədəd alma
30 Eylül 2016 Cuma
Şokoladlı pudinq
Şokoladlı Pudinq
🎀Şokoladlı Puding🎀
1 paçka pudingi 2,5 st südlə qarışdıra qarışdıra 10 dəq bişiririk. Hazır pudingdən qaynar halda 1 çömçə stakana töküb üzrənə xırdalanmış südlü peçenye düzürük və yenidən peçenyenin üzərinə 1 çömçə isti puding əlavə edirik. İstər isti istərsə də soyuq halda servis etmək olar.
28 Eylül 2016 Çarşamba
Acılı çöp kababı
Çöp kabab
Tərkibi:
📍500 qr yağlı quzu əti
📍1 ədəd soğan
📍3 ədəd acı bibər
📍10 ədəd xırda pomidor
📍10 ədəd xırda təzə kartof
📍3 xq sirkə
📍duz, istiot
📍taxta çöp şiş
Hazırlanması:
Əti kubik formasında doğrayıb dərin qaba yığırıq, üzərinə halqa formasında doğranmış soğan, sirkə, duz, istiot əlavə edərək basdırma hazırlayıb bir gün soyuducunun aşağı hissəsində saxlayırıq. Səhəri gün ətləri soğandan təmizləyərək növbəli şəkildə şişə bir tikə ət, bir tikə iri doğranmış bibər taxırıq və şişin ucunu pomidorla bağlayırıq. Bütün şişlər hazır olduqdan sonra onları sobanın listinə düzüb aralarına qabıqlı təzə kartofları yığırıq. Üstünə duz, istiot səpib sobada qızardırıq.
Limon haqqında bilmədiklərimiz
Limon
Bugün haqqında yazacağım bitki limondur. Limonun faydaları və zərərləri, eyni zamanda ənənəmizə sadiq qalaraq arıqladıcı xüsusiyyətləri haqqında danışacam. Limon bir çox daxili və xarici orqanların müalicəsində böyük əhimiyyətə malikdir. Bu bitkidən istər məiçətdə, istərsə də təbabətdə geniş istifadə edilir.
Limondan qara və ağciyər, ürək, sidikdaşı xəstəliklərinin, şəkər və maddələr mübadiləsiylə müşahidə olunan digər xəstəliklərin müalicəsində istifadə edilir. Eyni zamanda hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuş insanlara məsləhət görülür. Zəhərlənmənin qarşısını alan güclü vasitələrdən biridir.
Limonun nəinki dadı, tərkibi, hətta onun qoxusu da müalicəvidir. Belə ki, limonun ətri görmə qabiliyyətinin yaxşılaşmasına kömək edir. Bu möcüzəvi bitkinin müalicəvi faydaları olduöu kimi profilaktik faydaları da çoxdur. Eşitməni yaxşılaşdırmaq üçün gündə 1/4 limonu qabıqlı yemək lazımdır. Lakin limondan bilincsiz şəkildə istifadə edilərsə, miqdarından çox olduqda, qanı duruldur. Buna görə də həddən artıq istifadəsi məsləhət deyil.
Və nəhayət, hal-hazırda bir çox insanların, xüsusilə də xanımların problemi olan köklüklə mübarizədir. Təbii ki, limonun burada köməyini göz ardına vura bilmərik. Limon çox güclü əridici təsirə malikdir. Arıqlamaq istəyənlər limon suyundan istifadə edə bilərlər. Bunun üçün
- Bir fincan qaynar su
- Bir xörək qaşığı limon suyu
- İstəyə görə nanə də əlavə etmək olar
Alınan qarışımı səhər və gecə yatmazdan əvvəl qəbul etmək daha məsləhətlidir. Burda əsas məslələrdən biri də odur ki, bu qarışımı 1 gündən artıq saxlamaq olmaz.
Azərbaycanda çayı daha ətirli etmək üçün limondan istifadə edirlər. Bu həmçinin çayın tərkibində olan zərərli maddələri özünə çəkir. Ona görə də çayın içindən limonu çıxarıb yemək o qədər də yaxşı fikir deyil. Təəssüf ki, çoxları buna biganə yanaşır)) Hətta bununla bağlı çinlilər belə bir söz də işlədir lər ki:"Azərbaycanlılar çayı limonla içəcək qədər ağıllı, lakin daha sonra çayın içindən limonu çıxarıb yeyəcək qədər də ağılsızdırlar))"
Ona görə də hər zaman dediyim ki, təbii vasitələrdən belə istifadə edərək arıqlamaq istəsəniz də çalışın onun haqqında məlumatlı olun. Əks təqdirdə faydasından çox zərərini görə bilərsiniz.
15 Eylül 2016 Perşembe
Lahmacun
LAHMACUN
Xəmirin hazırlanması üçün ləvazimatlar:
- 3 stəkan un
- Yarım paket quru maya (5 gr)
- 1 çay qaşığı duz
- 1 çay qaşığı şəkərm tozu
- 350 qram çəkilmiş ət
- 1 ədəd soğan
- 2 ədəd pomidor
- Yarım dəstə vəya bir neçə ədəd cəfəri
- 2 ədəd uzun bibər
- 1 çay qaşığı bibər tamatı
- 1 çay qaşığı pul bibər
- Yarım çay qaşığı istiot
- 1 çay qaşığı duz
Hazırlanması:
Xəmir 1 saata qədər acıdılır. Bu arada içliyi hazırlaya bilərsiniz. Bunun üçün əvvəlcə çəkilmiş ətin üzərinə rəndələnmiş soğan, pomidor əlavə edirik. Daha sonra sırasıyla cəfəri, uzun bibər doğranılaraq içliyə əlavə edilir. Üzərinə bibər tamatı (olsa pomior tamatı da vurulsa daha yaxşı olar), pul bibər , duz, istiot tökülür və qarışdırılır. O sırada acıyan xəmir kiçik kündələrə ayrılır. Hər kündə yayıldıqdan sonra hazırlanan içlik üzərinə yayılır. Sobada 5-10 dəqiqə bişirilir. İstərsəniz bir tavada qoyub qazın üzərində də təxminən 10 dəqiqəyə yaxın bişirə bilərsiniz.
Budur lahmacun hazırdır. Biraz cəfəri və üzərinə limon sıxmaqla nuş canlıqla yeyə bilərsiniz.
Bununla bağlı təklif və iradlarınız və ya hanısısa suallarınız olarsa, çox xahiş edirik bildirəsiniz.
6 Eylül 2016 Salı
🎀Krab Salatı🎀
🎀Krab Salatı🎀
#krabsalat #крабовыисалат#крабовыепалочки #krab #crab#crabsalad #krabsalad #azfood #azerfood#azerbaijan #guls__kitchen
🎀Krab Salatı🎀
📍1 pç krab ( крабовые палочки )
📍2 ədəd qaynadılmış kök
📍3 ədəd qaynadılmış yumurta
📍3 xq qaynadılmış uzun düyü
📍140 qr konservləşdirilmiş qarğıdalı
📍mayonez
📍duz, istiot
5 Eylül 2016 Pazartesi
🎀Çudu🎀
🎀Çudu🎀
#cudu #чуду #çudu#выпечки #мяснои #meatbake #bakery#azfood #azerfood #azerbaijan#guls__kitchen
🎀Çudu🎀
Xəmiri:
📍1 st süd
📍1 st ilıq su
📍1 ədəd yumurta
📍500 qr kərə yağı
📍1 kq un (xəmirin yumşaqlığından asılı olaraq)
📍1 çq maya
📍duz
İçlik:
📍500qr mal əti
📍1 ədəd soğan
📍duru yağ
📍duz, istiot, sumaq
Hazırlanması:
250 qr əridilmiş kərə yağı, süd, su, yumurta, maya, duz, undan ibarət xəmir yoğrulur. Unun miqdarını xəmirin bərkliyindən asılı olaraq artıtıb azaltmaq olar. Xəmir tam acımağa qoyulur. İçlik üçün ət qaynadılır. Tam bişmiş ət maşından keçirilərək qiymə halına gətirilir, üzərinə duru yağda qızardılmış soğan, duz, istiot, sumaq əlavə edilərək qarışdırılır. Acımış xəmir 12 kündəyə ayrılaraq tək tək yayılır və hər qatın arasına əridilmiş 250qr kərə yağından çəkilir. Bütün qatlar üst üstə yağlanıb yığıldıqdan sonra qoğal üçün kəsdiyimiz formada kəsilir burulur və içinə ət qoyularaq bükülür. Əvvəlcədən 250 dərəcəyədək isidilmiş sobada üstü qızaranadək bişirilir.
31 Ağustos 2016 Çarşamba
🎀Südlü Aş🎀
🎀Südlü Aş🎀
#südlüaş #sudluas #plov#aş #sütlaç #рис #rise #azfood#azerfood #azerbaijan #guls__kitchen🎀Südlü Aş🎀
Tərkibi:
📍3 st uzun düyü
📍3 st süd
📍3 st su
📍250 qr qaysı qurusu
📍250 qr sarı kişmiş
📍1 ədəd quru balıq (leş)
📍250 qr kərə yağı
📍duz, sarıkök
Hazırlanması:
Yuyulmuş düyü, süd, su, duz, sarıkök, 150 qr kərə yağı bir qazana əlavə edilib əvvəlcə gur xodda qaynadılır, tərkibindəki maye qarışımı azalana yaxın qapağı dəsmala bükülmüş aş qazanı dəmə qoyulur. Tavada kişmiş, qaysı qızardılır. Digər tavaya biraz su əlavə edilib qazetə bükülmüş balığı biraz bişməyə qoyuruq. Hazır balıq tıxlarından təmizlənir. Süfrəyə verərkən aş əridilmiş yağla yağlanır və üzərinə qaysı kişmiş qızarmışı və balıq əlavə edilir.
29 Ağustos 2016 Pazartesi
🎀Rulet🎀
🎀Rulet🎀
#rulet #rulo #rulopasta#rolecake #azerfood #azerfood#azerbaijan #guls__kitchen 🎀Rulet🎀
Tərkibi:
📍3 ədəd yumurta
📍4 xq şəkər tozu
📍4 xq un
📍1 pç kabartma tozu
📍1 pç vanil
📍4 xq qatılaşdırılmış süd
📍malina mürəbbəsi
Hazırlanması:
Yumurta və şəkər tozu ağarana qədər mikserlə çalınır. Üzərinə un, kabartma tozu, vanil əlavə edilib taxta qaşıqla qarışdırılır. İçinə yağlı yağız sərilmiş dördkünc listə xəmir əlavə edilib əvvəlcədən 200 dərəcəyədək isidilmiş sobada bişirilir. Bişmiş korjun üzərinə qatılaşdırılmış süd və malina mürəbbəsi sürtüb isti isti bükülür. 15 dəqiqədən sonra ruleti kəsmək olar.
25 Ağustos 2016 Perşembe
🎀Ətli və Kəsmikli blinçik🎀
🎀Ətli və Kəsmikli blinçik🎀
#blinçik #blincik #pankek#блин #блины #блинчики #pancake#pancakes #azfood #azerfood#azerbaijan #guls__kitchen
🎀Ətli və Kəsmikli blinçik🎀
Xəmiri:
📍2 st süd
📍2 ədəd yumurta
📍1 st un
📍1 xq şəkər tozu
📍1 çq duz
📍0.5 çq soda
📍duru yağ
İçlik:
📍250 qr çəkilmiş mal əti, 1 ədəd xırda doğranmış soğan, duz, istiot qarışdırılaraq duru yağda qovrulur.
📍250 qr kəsmik, 250 qr şəkər tozu qaşıqla əzilərək qarışdırılır.
Hazırlanması:
Xəmirin bütün ərzaqları qarışdırılaraq duru formaya gətirilir. İsidilmiş tavaya çox az duru yağ süzülür və 1 çömçə duru xəmir əlavə edilərək tək tək bütün blinçiklər bişitilir. Hazır blinçiklərin içinə 2 cür içliklər qoyularaq bükülür və yenidən duru yağda qızardılır.
🎀Şuba Salatı🎀
🎀Şuba Salatı🎀
#subasalad#селдьподшубои #салатшуба #salad#azfood #azerfood #azerbaijan#guls__kitchen
🎀Şuba Salatı🎀
📍3 ədəd qaynadılmış kartof
📍4 ədəd qaynadılmış kök
📍4 ədəd qaynadılmış çuğundur
📍4 ədəd qaynadılmış yumurta
📍1 ədəd xırda doğranmış soğan
📍1 ədəd xırda doğranmış hisə verilmiş skumbriya balığı
📍mayonez
📍şüyüd
📍duz, istiot
19 Ağustos 2016 Cuma
🎀Napoleon tortu🎀
🎀Napoleon tortu🎀
#napoleontortu #tort#наполеонторт #торт #napoleontorte#cake #pasta #azfood #azerfood#azerbaijan #guls__kitchen 🎀Napoleon tortu🎀
T ərkibi:
📍250 qr kərə yağı
📍3 st un
📍1 ədəd yumurta
📍1 çq sirkə
📍3 xq su
📍0.5 çq soda
📍1 pç vanil
Krem:
📍1 banka qatılaşdırılmış süd
📍150 qr kərə yağı
📍100 qr qoz
📍1 pç vanil
Hazırlanması:
Un və yağ bıçaqla döyülərək tam xırdalanır. Üzərinə sirkədə söndürülmüş soda, yumurta, su, vanil əlavə edilərək xəmir yoğrulur. Hazır xəmir 4 hissəyə ayrılaraq 30 dəqiqə soyuducuda saxlanır. Qatılaşdırılmış süd və yağ mikserlə çalındıqdan sonra üzərinə xırda doğranmış qoz və vanil əlavə edilərək krem halına gətirilir. 4 hissəyə ayrılmış xəmir tək tək yayılaraq sobada qızardılır. Kövrək korjların arasına krem çəkilir və üzəri qozla bəzədilir.
Kaydol:
Kayıtlar (Atom)