Blog yazarlığı uzun zamandır planladığım lakin həyata keçirə bilmədiyim bir iş idi."Cooking is Fun" həyat devizimdir, bundan yola çıxaraq düşündüm ki, öz əyləncəli mətbəximi niyə də sizinlə paylaşmayım?! Bişirmək bir sənətdir və əsl sənətkar daima yenilik axtarışında olandır. Mətbəxdə hər bir yeni toxunuşun fərqli dad yaratdığını nəzərə alaraq daima sizin təklif və iradlarınızı gözləyirik.
31 Ağustos 2016 Çarşamba
🎀Südlü Aş🎀
#südlüaş #sudluas #plov#aş #sütlaç #рис #rise #azfood#azerfood #azerbaijan #guls__kitchen🎀Südlü Aş🎀
29 Ağustos 2016 Pazartesi
🎀Rulet🎀
🎀Rulet🎀
#rulet #rulo #rulopasta#rolecake #azerfood #azerfood#azerbaijan #guls__kitchen 🎀Rulet🎀
Tərkibi:
📍3 ədəd yumurta
📍4 xq şəkər tozu
📍4 xq un
📍1 pç kabartma tozu
📍1 pç vanil
📍4 xq qatılaşdırılmış süd
📍malina mürəbbəsi
Hazırlanması:
Yumurta və şəkər tozu ağarana qədər mikserlə çalınır. Üzərinə un, kabartma tozu, vanil əlavə edilib taxta qaşıqla qarışdırılır. İçinə yağlı yağız sərilmiş dördkünc listə xəmir əlavə edilib əvvəlcədən 200 dərəcəyədək isidilmiş sobada bişirilir. Bişmiş korjun üzərinə qatılaşdırılmış süd və malina mürəbbəsi sürtüb isti isti bükülür. 15 dəqiqədən sonra ruleti kəsmək olar.
25 Ağustos 2016 Perşembe
🎀Ətli və Kəsmikli blinçik🎀
🎀Ətli və Kəsmikli blinçik🎀
#blinçik #blincik #pankek#блин #блины #блинчики #pancake#pancakes #azfood #azerfood#azerbaijan #guls__kitchen
🎀Ətli və Kəsmikli blinçik🎀
Xəmiri:
📍2 st süd
📍2 ədəd yumurta
📍1 st un
📍1 xq şəkər tozu
📍1 çq duz
📍0.5 çq soda
📍duru yağ
İçlik:
📍250 qr çəkilmiş mal əti, 1 ədəd xırda doğranmış soğan, duz, istiot qarışdırılaraq duru yağda qovrulur.
📍250 qr kəsmik, 250 qr şəkər tozu qaşıqla əzilərək qarışdırılır.
Hazırlanması:
Xəmirin bütün ərzaqları qarışdırılaraq duru formaya gətirilir. İsidilmiş tavaya çox az duru yağ süzülür və 1 çömçə duru xəmir əlavə edilərək tək tək bütün blinçiklər bişitilir. Hazır blinçiklərin içinə 2 cür içliklər qoyularaq bükülür və yenidən duru yağda qızardılır.
🎀Şuba Salatı🎀
🎀Şuba Salatı🎀
#subasalad#селдьподшубои #салатшуба #salad#azfood #azerfood #azerbaijan#guls__kitchen
🎀Şuba Salatı🎀
📍3 ədəd qaynadılmış kartof
📍4 ədəd qaynadılmış kök
📍4 ədəd qaynadılmış çuğundur
📍4 ədəd qaynadılmış yumurta
📍1 ədəd xırda doğranmış soğan
📍1 ədəd xırda doğranmış hisə verilmiş skumbriya balığı
📍mayonez
📍şüyüd
📍duz, istiot
19 Ağustos 2016 Cuma
🎀Napoleon tortu🎀
🎀Napoleon tortu🎀
#napoleontortu #tort#наполеонторт #торт #napoleontorte#cake #pasta #azfood #azerfood#azerbaijan #guls__kitchen 🎀Napoleon tortu🎀
T ərkibi:
📍250 qr kərə yağı
📍3 st un
📍1 ədəd yumurta
📍1 çq sirkə
📍3 xq su
📍0.5 çq soda
📍1 pç vanil
Krem:
📍1 banka qatılaşdırılmış süd
📍150 qr kərə yağı
📍100 qr qoz
📍1 pç vanil
Hazırlanması:
Un və yağ bıçaqla döyülərək tam xırdalanır. Üzərinə sirkədə söndürülmüş soda, yumurta, su, vanil əlavə edilərək xəmir yoğrulur. Hazır xəmir 4 hissəyə ayrılaraq 30 dəqiqə soyuducuda saxlanır. Qatılaşdırılmış süd və yağ mikserlə çalındıqdan sonra üzərinə xırda doğranmış qoz və vanil əlavə edilərək krem halına gətirilir. 4 hissəyə ayrılmış xəmir tək tək yayılaraq sobada qızardılır. Kövrək korjların arasına krem çəkilir və üzəri qozla bəzədilir.
Darçının faydaları və arıqladıcı xüsusiyyətləri
Darçın
Bu blogu yaratmaqda əsas məqsədimiz insanlara yalnız dadlı yemək reseptləri təqdim etmək deyil, həm də yeyərkən aldığınız kiloları sağlam, bitkisəl yollarala verməyinizə yardım etməkdir. Odur ki, hər dəfəsində sağlam arıqlama yollarından da danışacağıq. Bugün haqqında danışacağımız ədviyyatımız darçındır.
Faydaları
Darçından öskürək və boğaz ağrısına qarşı istifadə etmək olar. Eyni zamanda darçın qoxusunun yaddaşı gücləndirən, qan dolaşımını sürətləndirən, qan laxtalanmasının qarşısını alan, stresin yaratdığı baş ağrısı və miqrenə qarşı istifadə edilən ən yaxşı və sınanmış vasitədir. Həmçinin bir çox qadınların aktual problemi olan mensturasiya dövründə çəkdiyi şiddətli ağrıların qarşısını almaq üçün də darçından istifadə etmək olar.
Zərərləri
Hər bir şeydə olduğu kimi darçının da normadan artıq istifadəsi fəsadlara səbəb olur. Uzun müddət davamlı istifadə olunduqda, qəbizliyə səbəb olur. Əgər darçından çay dəmlənməsindən istifadə olunursa, bu zaman gün ərzində bir fincandan artıq içilməsi tövsiyə olunmur. Yüksək təzyiqdən əziyyət çəkən insanlar darçından istifadə edərsə, bu qəbul olunan dərmanların təsirini artıra bilər ki, bu nəticədə qan şəkərinin düşməsinə səbəb olar.
Darçın pəhrizi
- 5-6 ədəd çubuq darçın (60 sm)
- 1.5 yemək qaşığı toz şəkər
- 2 st. su
Hazırlanması
Dərin qazana darçını salıb üzərinə toz şəkər və su əlavə edirik. Su qaynayandan sonra zəif ocaqda 20-25 dəqiqə daha saxlayırıq. Daha sonra şüşə qabda soyumasını gözləyirik. İçən zaman həmin aldığımız mayeni stəkanın yarsına qədər süzüb üzərinə su əlavə edirik. Gün ərzində 3 dəfədən çox içməmək tövsiyə edilir. Yeməkdən təxminən 30 dəqiqə əvvəl içilməsi məqsədə uyğundur. Bu zaman heç cürə şirniyyat məmulatlarından istifadə edilməməlidir.
Unutmayın, heç bir şey sağlığınızdan önəmli deyil. Buna görə də hər zaman sağlam, heç bir yan təsiri olmayan vasitələrlə zəifləməyə çalışın. Bu yolda biz də sizə yardımcı olmağa çalışacağıq. ))
16 Ağustos 2016 Salı
🎀Ləvəngi🎀
🎀Ləvəngi🎀
#ləvəngi #toyuq #tavuk#chicken #turkey #azfood #azerfood#azerbaijan #guls__kitchen
🎀Ləvəngi🎀
Tərkibi:
📍1 ədəd balaca toyuq
📍1 baş soğan
📍100 qr qoz ləpəsi
📍100 qr isladılmış lavaş turşu
📍duz, istiot, duru yağ
Hazırlanması:
Toyuq yuyulur və 1 saat suyu süzülmək üçün aşsüzəndə saxlanır. Soğan ət maşınından çəkilir və tənzifdən sıxılır ki acı suyu çıxsın. Sıxılmış soğanın üzərinə maşından çəkilmiş qoz, palçıq hala gətirilmiş turşu, duz, istiot əlavə edilərək qarışdırılır. Qarışım toyuğun içinə doldurulur. Qabda duz, istiot, turşu qarışdırılaraq toyuğun üzərinə çəkilir. Yağlanmış tavaya qoyulmuş ləvəngi sobada və ya təndirdə bişirilə bilər.
15 Ağustos 2016 Pazartesi
🎀Qat-Qat Pirojki🎀
🎀Qat-Qat Pirojki🎀
#pirojki#пирожки#пирожки #пирожкисмясом #bake #azfood#azerfood #azerbaijan #guls__kitchen
🎀Qat-Qat Pirojki🎀
Tərkibi:
📍0,5 kq un
📍1 xq xama
📍0,5 çq duz
📍1 pç kərə yağı
📍apardığı qədər su
İçlik:
📍0,5 kq mal əti(çəkilmiş)
📍1 baş soğan
📍duru yağ
📍duz, istiot
Üzəri:
📍1 ədəd yumurta
📍çörək otu
Hazırlanması:
Un, xama, su və duzdan ibarət bərk xəmir yoğrulur. İki hissəyə ayrılır. Hər bir kündə yayılaraq üzərinə kərə yağı çəkilir və rulet formasında bükülür, 30 dəqiqəlik soyuducuya qoyulur. Sonra çıxarılaraq hər bir rulet yayılır və üzərinə yenidən kərə yağı çəkilərək 30 dəqiqəlik soyuducuya qoyulur. Bu prosesi hər bir kündə üçün 4 dəfə təkrar etmək lazımdır. Tavadakı duru yağda çəkilmiş ət, xırda doğranmış soğan, duz, istiot birlikdə qovrularaq qızardılır. Hər bir kündə yayılaraq kvadrat hissələrə kəsilir, hər bir kvadratın içinə ətli içlik qoyularaq dördkünc formada bükülür. Üzərinə yumurta və çörək otu əlavə edilib əvvəlcədən 200 dərəcəyədək isidilmiş sobada üzəri qızaranadək bişirilir.
12 Ağustos 2016 Cuma
🎀Tiramisu tortu🎀
🎀Tiramisu tortu🎀
#tiramisu #tiramisutorte#tiramisupasta #cake #azfood #azerfood#azerbaijan #guls__kitchen 🎀Tiramisu tortu🎀
Tərkibi:
📍4 ədəd yumurta
📍4 xq un
📍4 xq şəkər tozu
📍1 pç kabartma tozu
📍1 pç vanil
📍100 qr kərə yağı
📍6 xq qatılaşdırılmış süd
📍6 xq qaymaq
📍4 xq kakao
Hazırlanması:
Yumurtanln ağı köpüklənənə qədər çalınır. Digər qabda yumurtanın sarısı və şəkər tozu tam həll olanadək çalınır. Daha sonra qarışım köpüklənmiş yumurta ağı ilə qarışdırılır. Üzərinə kabartma tozu, vanil və qaşıq qaşıq un əlavə edilərək duru xəmir halına gələnədək taxta qaşıqla qarışdırılır. Hazır xəmiri keks üçün formaya töküb əvvəlcədən 250 dərəcəyədək isidilmiş sobada bişirilir. Yağ, qatılaşdırılmış süd, qaymaq birlikdə çalınaraq krem düzəldilir. Bişmiş keks soyudulduqdan sonra iki hissəyə bölünür. Üzərinə 1 st ilıq suda həll edilmiş 2 xq kakao qaşıqla gəzdirilir. Çalışmaq lazımdır ki hər iki korj yaxşı islansın. Sonra korjlara krem çəkilərək üst üstə qoyulur. Hazır tortun üzərinə 2 xq kakao səpilir..
11 Ağustos 2016 Perşembe
🎀Tabaka🎀
Tabaka
#tabaka #табака#chicken #fryedchicken #turkey #azfood#azerfood #azerbaijan #guls__kitchen
🎀Tabaka🎀
Toyuq yuyulur, sinə hissəsi kəsilməklə yastılaşdırılır, duz, istiot, sarıkök, qırmızı bibər, 1 xq mayonez vurulub yağlı tavaya beli üstə yerləşdirilir. Üzərinə qapaq qoyulur və qapağın üstünə ağır daş və ya dəmir ütü qoyulur ki toyuğu tam əzsin. Bu formada toyuq 30 dəqiqə bir üzü üstə qızardıldıqdan sonra digər üzü çevrilərək eyni proseslə yarım saat qızardılır. Süfrəyə sumaqlı soğanla vermək olar.
Zəncəfilin faydaları (4 ayda 12 kq arıqla)
Zəncəfilin faydaları
Zəncəfil kəskin dada və qoxuya malik müalicəvi bitkilərdən biridir. Zəncəfilin bir çox faydaları vardır:
- damarların divarlarını orada yığılan xolesterindən təmizləyir
- antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərə malikdir
- spazmlarla mübarizədə (öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır
- həzm prosesini stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir
- antioksidant xüsusiyyətlərinə malikdir
- insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir
- cavanlaşdırır
- orqanizmin tonusunu qaldırır
- immuniteti möhkəmləndirir
- yaddaşı və diqqəti yaxşılaşdırır
- mübadilə proseslərini sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
Şəxsi təcrübəmdən yola çıxaraq, 4 ayda 12 kq arıqlamağıma kömək edən zəncəfil reseptini sizinlə bölüşmək istərdim.
1 fincan qaynar suya 2 dilim zəncəfil, 1 dilim limon, 1 çay qaşığı bal əlavə edib qarışdırdıqdan sonra 15 dəqiqə ağzı qapalı şəkildə qaranlıq yerdə saxlayırıq. Sonra hər gün bir dəfə axşam yeməyindən əvvəl bu dəmləmədən düzəldib içirik. Burada əsas məqam ondan ibarətdir ki, bu qarışımı saxlamaq olmaz, çünki o ikinci dəfə eyni effekti vermir, yəni hər dəfə yenisini hazırlayıb 15 dəqiqədən sonra hamısını içmək lazımdır.
Bundan başqa digər bir sınanmış arıqladıcı effektə malik zəncəfil resepti də vardır ki, onu da sizinlə bölüşmək istərdim.
- 3 çay qaşığı üyüdülmüş zəncəfil tozu
- 2 litr qaynar su
- 5 çay qaşığı bal
- 1 çimdik qara istiot
- 4 çay qaşığı limon şirəsi
- 5 ədəd təzə nanə yarpağı
Ümid edirəm ki, bu reseptlərdən istifadə edib effektini görəcəksiniz. Nəticəni bizimlə paylaşsanız şad olardıq.
Mimoza Salatı
Mimoza
#salat #mimoza #salata#salad #салатмимоза #azfood#azerfood #azerbaijan #guls__kitchen
🎀Ətli Mimoza Salatı🎀
📍3 ədəd qaynadılmış kartof
📍4 ədəd qaynadılmış kök
📍4 ədəd qaynadılmış yumurta
📍250 qr qaynadılmış mal əti
📍200 qr qoz
📍200 qr holland pendiri
📍mayonez
📍duz, istiot
Düşbərə və Qutab
Düşbərə və Qutab
#dusbere #dushbere#qutab #kutab #azfood #azerifood#azerbaijan
Xəmir : un, su, duz
İçlik : qoyun əti, quyruq, soğan
Xəmir : un, su, duz
İçlik : qoyun əti, quyruq, soğan
10 Ağustos 2016 Çarşamba
Piti
Piti
#Piti #azeripiti#azfood #nationalpiti #azerifood#azerbaijanpiti #azerbaijan
1 piti bardağına hər biri 100qr olmaqla 2 tikə sümüksüz quzu əti, 2 xq axşamdan isladılmış noxud, 5 ədəd qabığı təmizlənmiş şabalıd, 3 ədəd alça turşusu, 1xq xırda doğranılmış soğan, bardağın ağzını qapayacaq şəkildə kəsilmiş quyruq, quyruğun üzərini örtənədək su, duz, istiot, zəfəran əlavə edib odun üzərində köpüyü gələnə qədər qaynadırıq. Köpüyünü yığdıqdan sonra ağzına nəlbəki örtüb 7-8 saat vam odda bişiririk. Süfrəyə zövqə görə sumaqla servis etmək olar
https://www.instagram.com/p/44cPhMM9o3csZ5pvDXR-GXZFV9oLYzcxE9tOo0/?taken-by=guls__kitchen
Kaydol:
Kayıtlar (Atom)