15 Ağustos 2016 Pazartesi

🎀Qat-Qat Pirojki🎀

 🎀Qat-Qat Pirojki🎀



#pirojki#пирожки#пирожки #пирожкисмясом #bake #azfood#azerfood #azerbaijan #guls__kitchen

 🎀Qat-Qat Pirojki🎀
Tərkibi:
📍0,5 kq un
📍1 xq xama
📍0,5 çq duz
📍1 pç kərə yağı
📍apardığı qədər su
İçlik:
📍0,5 kq mal əti(çəkilmiş)
📍1 baş soğan
📍duru yağ
📍duz, istiot
Üzəri:
📍1 ədəd yumurta
📍çörək otu
Hazırlanması:
Un, xama, su və duzdan ibarət bərk xəmir yoğrulur. İki hissəyə ayrılır. Hər bir kündə yayılaraq üzərinə kərə yağı çəkilir və rulet formasında bükülür, 30 dəqiqəlik soyuducuya qoyulur. Sonra çıxarılaraq hər bir rulet yayılır və üzərinə yenidən kərə yağı çəkilərək 30 dəqiqəlik soyuducuya qoyulur. Bu prosesi hər bir kündə üçün 4 dəfə təkrar etmək lazımdır. Tavadakı duru yağda çəkilmiş ət, xırda doğranmış soğan, duz, istiot birlikdə qovrularaq qızardılır. Hər bir kündə yayılaraq kvadrat hissələrə kəsilir, hər bir kvadratın içinə ətli içlik qoyularaq dördkünc formada bükülür. Üzərinə yumurta və çörək otu əlavə edilib əvvəlcədən 200 dərəcəyədək isidilmiş sobada üzəri qızaranadək bişirilir.




Hiç yorum yok:

Yorum Gönder