Zəncəfilin faydaları
Zəncəfil kəskin dada və qoxuya malik müalicəvi bitkilərdən biridir. Zəncəfilin bir çox faydaları vardır:
- damarların divarlarını orada yığılan xolesterindən təmizləyir
- antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərə malikdir
- spazmlarla mübarizədə (öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır
- həzm prosesini stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir
- antioksidant xüsusiyyətlərinə malikdir
- insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir
- cavanlaşdırır
- orqanizmin tonusunu qaldırır
- immuniteti möhkəmləndirir
- yaddaşı və diqqəti yaxşılaşdırır
- mübadilə proseslərini sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
Şəxsi təcrübəmdən yola çıxaraq, 4 ayda 12 kq arıqlamağıma kömək edən zəncəfil reseptini sizinlə bölüşmək istərdim.
1 fincan qaynar suya 2 dilim zəncəfil, 1 dilim limon, 1 çay qaşığı bal əlavə edib qarışdırdıqdan sonra 15 dəqiqə ağzı qapalı şəkildə qaranlıq yerdə saxlayırıq. Sonra hər gün bir dəfə axşam yeməyindən əvvəl bu dəmləmədən düzəldib içirik. Burada əsas məqam ondan ibarətdir ki, bu qarışımı saxlamaq olmaz, çünki o ikinci dəfə eyni effekti vermir, yəni hər dəfə yenisini hazırlayıb 15 dəqiqədən sonra hamısını içmək lazımdır.
Bundan başqa digər bir sınanmış arıqladıcı effektə malik zəncəfil resepti də vardır ki, onu da sizinlə bölüşmək istərdim.
- 3 çay qaşığı üyüdülmüş zəncəfil tozu
- 2 litr qaynar su
- 5 çay qaşığı bal
- 1 çimdik qara istiot
- 4 çay qaşığı limon şirəsi
- 5 ədəd təzə nanə yarpağı
Ümid edirəm ki, bu reseptlərdən istifadə edib effektini görəcəksiniz. Nəticəni bizimlə paylaşsanız şad olardıq.
İstifadə edəcəm)) Çox sağolun
YanıtlaSilFikrinizi bizimlə bölüşməyi unutmayın))
YanıtlaSil