19 Ağustos 2016 Cuma

Darçının faydaları və arıqladıcı xüsusiyyətləri

                                               Darçın


Bu blogu yaratmaqda əsas məqsədimiz insanlara yalnız dadlı yemək reseptləri təqdim etmək deyil, həm də yeyərkən aldığınız kiloları sağlam, bitkisəl yollarala verməyinizə yardım etməkdir. Odur ki, hər dəfəsində sağlam arıqlama yollarından da danışacağıq. Bugün haqqında danışacağımız ədviyyatımız darçındır.

Faydaları
Darçından öskürək və boğaz ağrısına qarşı istifadə etmək olar. Eyni zamanda darçın qoxusunun yaddaşı gücləndirən, qan dolaşımını sürətləndirən, qan laxtalanmasının qarşısını alan, stresin yaratdığı baş ağrısı və miqrenə qarşı istifadə edilən ən yaxşı və sınanmış vasitədir. Həmçinin bir çox qadınların aktual problemi olan mensturasiya dövründə çəkdiyi şiddətli ağrıların qarşısını almaq üçün də darçından istifadə etmək olar. 

Zərərləri
Hər bir şeydə olduğu kimi darçının da normadan artıq istifadəsi fəsadlara səbəb olur. Uzun müddət davamlı istifadə olunduqda, qəbizliyə səbəb olur. Əgər darçından çay dəmlənməsindən istifadə olunursa, bu zaman gün ərzində bir fincandan artıq içilməsi tövsiyə olunmur. Yüksək təzyiqdən əziyyət çəkən insanlar darçından istifadə edərsə, bu qəbul olunan dərmanların təsirini artıra bilər ki, bu nəticədə qan şəkərinin düşməsinə səbəb olar.

Darçın pəhrizi
  1. 5-6 ədəd çubuq darçın (60 sm)
  2. 1.5 yemək qaşığı toz şəkər
  3. 2 st. su
Hazırlanması
Dərin qazana darçını salıb üzərinə toz şəkər və su əlavə edirik. Su qaynayandan sonra zəif ocaqda 20-25 dəqiqə daha saxlayırıq. Daha sonra şüşə qabda soyumasını gözləyirik. İçən zaman həmin aldığımız mayeni stəkanın yarsına qədər süzüb üzərinə su əlavə edirik. Gün ərzində 3 dəfədən çox içməmək tövsiyə edilir. Yeməkdən təxminən 30 dəqiqə əvvəl içilməsi məqsədə uyğundur. Bu zaman heç cürə şirniyyat məmulatlarından istifadə edilməməlidir. 

Unutmayın, heç bir şey sağlığınızdan önəmli deyil. Buna görə də hər zaman sağlam, heç bir yan təsiri olmayan vasitələrlə zəifləməyə çalışın. Bu yolda biz də sizə yardımcı olmağa çalışacağıq. ))

1 yorum: