12 Ağustos 2016 Cuma

🎀Tiramisu tortu🎀

🎀Tiramisu tortu🎀




#tiramisu #tiramisutorte#tiramisupasta #cake #azfood #azerfood#azerbaijan #guls__kitchen 🎀Tiramisu tortu🎀
Tərkibi:
📍4 ədəd yumurta
📍4 xq un
📍4 xq şəkər tozu
📍1 pç kabartma tozu
📍1 pç vanil
📍100 qr kərə yağı
📍6 xq qatılaşdırılmış süd
📍6 xq qaymaq
📍4 xq kakao
Hazırlanması:
Yumurtanln ağı köpüklənənə qədər çalınır. Digər qabda yumurtanın sarısı və şəkər tozu tam həll olanadək çalınır. Daha sonra qarışım köpüklənmiş yumurta ağı ilə qarışdırılır. Üzərinə kabartma tozu, vanil və qaşıq qaşıq un əlavə edilərək duru xəmir halına gələnədək taxta qaşıqla qarışdırılır. Hazır xəmiri keks üçün formaya töküb əvvəlcədən 250 dərəcəyədək isidilmiş sobada bişirilir. Yağ, qatılaşdırılmış süd, qaymaq birlikdə çalınaraq krem düzəldilir. Bişmiş keks soyudulduqdan sonra iki hissəyə bölünür. Üzərinə 1 st ilıq suda həll edilmiş 2 xq kakao qaşıqla gəzdirilir. Çalışmaq lazımdır ki hər iki korj yaxşı islansın. Sonra korjlara krem çəkilərək üst üstə qoyulur. Hazır tortun üzərinə 2 xq kakao səpilir..


2 yorum: