16 Ağustos 2016 Salı

🎀Ləvəngi🎀

🎀Ləvəngi🎀



#ləvəngi #toyuq #tavuk#chicken #turkey #azfood #azerfood#azerbaijan #guls__kitchen    


🎀Ləvəngi🎀
Tərkibi:
📍1 ədəd balaca toyuq
📍1 baş soğan
📍100 qr qoz ləpəsi
📍100 qr isladılmış lavaş turşu
📍duz, istiot, duru yağ
Hazırlanması:
Toyuq yuyulur və 1 saat suyu süzülmək üçün aşsüzəndə saxlanır. Soğan ət maşınından çəkilir və tənzifdən sıxılır ki acı suyu çıxsın. Sıxılmış soğanın üzərinə maşından çəkilmiş qoz, palçıq hala gətirilmiş turşu, duz, istiot əlavə edilərək qarışdırılır. Qarışım toyuğun içinə doldurulur. Qabda duz, istiot, turşu qarışdırılaraq toyuğun üzərinə çəkilir. Yağlanmış tavaya qoyulmuş ləvəngi sobada və ya təndirdə bişirilə bilər.



Hiç yorum yok:

Yorum Gönder